Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə keçiriləcək təlimlərin müzakirəsi aparılıb
27.12.2022 16:00
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İSİM mütəxəssislərinin, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanovanın, mama-ginekoloqların iştirakı ilə 2023-cü ilin başlanığıc aylarında keçiriləcəyi nəzərdə tutulan mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə təlimlərin müzakirəsi aparılıb.
 
Aztibb.az xəbər verir ki, həkim-ginekoloq və mama-ginekoloqlar üçün keçiriləcək təlimlərdə iştirakçılar mamalıqda baş verə biləcək ağırlaşmaların qarşısını almaqda yeni təcrübələri öyrənəcək, təcili vəziyyətlərdə daha effektiv müdaxilə prinsiplərinə yiyələnəcək və son tədqiqatlara əsaslanan müasir təxirəsalınmaz yardımın əsaslarından məlumat alacaqlar. Eyni zamanda növbəti ildə “Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım” adlı təlimat kitabının yenilənəcəyi gözlənilir.
 
Təlimat Amerika Ailə Həkimləri Akademiyası (AAFP) Viskonsin Universitetinin Ailə Təbabəti Departamenti və 1991-ci ildə yaradılmış ailə həkimləri, mama-ginekoloqlar və tibb bacılarından ibarət ALSO İnkişaf Qrupu tərəfindən hazırlanan təlimatın əsasındadır. Təlimatda dölün intranatal monitorinqi, vaxtından əvvəl doğuş və doğuşdan əvvəl döl qişalarının cırılması, hamiləlik dövründə hipertenziv vəziyyətlər, qanaxma, doğuşun distoniyası, sepsis, keysəriyyə kəsiyi və digər mövzular yer alır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama