Professor Kamran Musayevə Harvard Tibb Məktəbinin diplomu təqdim olunub
26.12.2022 18:04

Professor Kamran Musayev Harvard Tibb Məktəbinin təşkil etdiyi "Cərrahlar üçün idarəçilik proqramı"nda iştirak edib.

 

Aztibb.az AZƏRTAC-a istinadlaxəbər verir ki, proqramı uğurla başa vuran tanınmış ürək-damar cərrahına Harvard Tibb Məktəbinin diplomu təqdim olunub.
“Cərrahlar üçün idarəçilik proqramı” müasir səhiyyə idarəçiliyi sahəsində Harvard Tibb Məktəbinin təşkil etdiyi təhsil proqramıdır. Dünyanın müxtəlif ölkələrindən aparıcı cərrahlar ön seçimdən sonra proqrama qəbul olunurlar.

 

2021-2022-ci tədris ilində həyata keçirilən proqramda səhiyyə idarəçiliyi, keyfiyyətə nəzarət, idarəetmənin metodologiyaları, müasir texnologiyaların səhiyyə idarəçiliyində tətbiqi kimi mövzularda nəzəri və praktiki biliklər paylaşılıb.


“İki il davam edən proqram müddətində Harvard Tibb Məktəbinin professorlarının nəzarətində müstəqil layihələr işləyib hazırladıq. Təhsil proqramının hər mərhələsində ayrı-ayrı imtahanlarla qiymətləndirmədən keçdik, proqramın bütün nəzəri və praktiki mərhələlərini uğurla başa vurduq”, – deyə professor Kamran Musayev proqram haqqında öz təəssüratlarını bölüşüb.

 

Qeyd edək ki, professor Kamran Musayev dünyanın ən nüfuzlu təhsil müəssisəsi olan Harvard Universitetinin Tibb Məktəbi tərəfindən təşkil olunan "Cərrahlar üçün idarəçilik proqramı”ndan məzun olan ilk azərbaycanlıdı

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır