Müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxs yüksək texnologiyalı protezlərlə təmin edilib
26.12.2022 14:47

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxs yüksək texnologiyalı protezlərlə təmin edilib. 

 

Aztibb.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, onlarla yanaşı, hər iki qolunu itirmiş, əlilliyi olan bir nəfər şəxsin də son nəsil protezlə təminatı həyata keçirilib.

 

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin  yüksək texnologiyalı müasir protezlərlə təmin olunmasına başlanıb.

 

Ötən dövrdə artıq 379 şəxs yüksək texnologiyalı 394 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Bu müasir protezlərdən “ÖSSUR” şirkətinin istehsalı olan yuxarı ətraf protezləri xüsusi proqram təminatına mlikdir və istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. 

 

Habelə “Genium” tipli yüksək texnologiyalı aşağı ətraf protezləri aktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır