Xaricdə fəaliyyət göstərən peşəkar həkimlərimizi tanıyaq! - İxtisaslaşmış nevroloq Samir Həşimov
26.12.2022 12:32

Bu gün ölkə hüdudlarından kənarda, dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu xəstəxanaları və tibb müəssisələrində onlarla həmyerlimiz çalışır. Onlar xarici ölkələrdə Azərbaycanı təmsil etməklə yanaşı, həm də uğurlu həkimlik fəaliyyəti ilə seçilirlər. 

 

Aztibb.az xəbər verir ki, belə həkimlərdən biri də 10 ildən artıqdır Almaniyada işləyən, ixtisaslaşmış nevroloq Samir Həşimovdur.

 
Samir Həşimov Azərbaycan Tibb Universitetinin məzunudur. O, Almaniyada ixtisaslaşmış mütəxəssisdir.
 
Həkim Almaniyada dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 
 
İl ərzində bir neçə dəfə Bakıya gələn azərbaycanlı həkim burada da tibbi müayinələr aparır. 
 
Nevroloq həkim aşağıdakı xəstəliklərin diaqnostikasını və müalicəsini həyata keçirir:
 
- Kəskin və xroniki baş, boyun və onurğa ağrıları
- Migren, baş gicəllənmələri
- MS (Dağınıq Skleroz)
- Epilepsiya
- Yuxu problemləri, yuxusuzluq, yaddaş pozulmaları
- Huşun itirilməsi
- Beyin insultları, beyin qanaxmaları
- Parkinson, yerimə pozulmaları, ətralarda gücsüzlük
- Xroniki və kəskin beyin iltihabi xəstəlikləri
- Mərkəzi və Periferik sinir mənşəli parezlər və digər bütün nevroloji xəstəliklərin müayinə və müalicəsi.
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub