Acı bibər ölümcül xəstəliklərin qarşısını alır - TƏDQİQAT
25.12.2022 22:39

İstiota acı dad verən təbii alkoloid olan kapsiasin maddəsi metastaz əmələ gəlməsi prosesinin qarşısını ala bilər.

 

Aztibb.az xarici tibbi mənbələrə istinalda xəbər verir ki, Amerikada yerləşən Marşal Tibb Universitetinin əməkdaşları laboratoriya şəraitində ağciyər xərçəngi hüceyrələri üzərində müşahidələr aparıblar.

 

Eksperiment göstərib ki, kapsiasin maddəsi bədxassəli şişlərin metastaz verməsini bloklayaraq, onların qana və limfaya keçməsinin qarşısını alır. Bundan əlavə, qidalarına kapsiasin əlavə edilən xərçəng xəstəsi olan siçanlar üzərində aparılan müşahidələr bədxassəli ocaqların kiçildiyini və metastazların azaldığını üzə çıxarıb.

 

Əlavə araşdırmalar kapsiasin maddəsinin xərçəng əmələ gətirən Src zülalını blokladığını və nəticədə də metastazın qarşısını aldığı məlum olub. Bu zülal hüceyrə səviyyəsində gedən bölünmə proseslərini tənzimləyir.

 

Ağciyər xərçəngi əsasən baş beyinə, qaraciyərə və sümük iliyinə metastaz verir. Həkimlər bildirir ki, gələcəkdə kapsiasin kimi təbii birləşmə kimyaterapiya preparatlarının tərkibinə daxil edilə bilər.

 

Amma əvvəlcə bu maddənin mədə-bağırsaqda mənfi təsir edən, yanma və ağrı hissi yaradan yandırıcı xüsusiyyətindən azad olmaq tələb olunur. Hazırda həkimlər kapsiasinin analoqunu axtarmaqla məşğuldurlar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama