ATU tələbələri arasında keçirilən futzal turniri yekunlaşıb
25.12.2022 10:00

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubu və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ATU tələbələri arasında keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş turnir dekabrın 23-də final yarışı ilə yekunlaşıb.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, “Təbib” idman klubunun sədri Qələndər Aslanov bildirib ki, turnirin təşkilində əsas məqsəd Heydər Əliyev irsinin tələbələrə aşılanması və Azərbaycan Tibb Universitetində futzal idman növünün təbliğinə və inkişafına nail olmaqdır: “Bu kimi yarışlar universitet tələbələri arasından perspektivli idmançı tələbələrin aşkarlanaraq futzal üzrə yığma komandaya cəlb edilməsinə zəmin yaradır. Eyni zamanda ATU tələbələrinin futzal üzrə yığma komandası formalaşır və həmin komandanın yarışlarda iştirakı təmin olunur”.

 

Daha çox tələbənin iştirak etməsi üçün turnir fakültələr arasında deyil, qruplar arasında keçirilib və I kursları əhatə edib. Beləliklə, yarışlara 14 komandada təmsil olunmaqla 120 tələbə qatılıb ki, onların da çoxu Hərbi Tibb Fakültəsində təhsil alanlardır.

 

Final mərhələsində 3 komanda yarışıb. Stomatologiya fakültəsini təmsil edən komanda I yerə layiq görülüb. Hərbi Tibb Fakültəsinin 2 komandası isə II (622A1a) və III (622A4c) yeri bölüşüblər.

 

Qalib komandaların üzvlərinə Nəsimi Rayon Gənclər və İdman İdarəsi ilə “Təbib” idman klubunun birgə hazırladığı xüsusi diplomlar təqdim edilib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama