Dünyanın ən yaşlı kişisi uzun ömür sürməyin sirlərindən bəhs edib
24.12.2022 17:31

Braziliyanın Aparecida de Goiania şəhərində yaşayan 1901-ci il təvəllüdlü Andrelino Vieira da Silva ölkəsində dünyanın ən yaşlı kişisi kimi məşhurlaşıb.

 

Aztibb.az profile.ru-ya istinadla xəbər verir ki, 121 yaşlı adam uzun ömür sürməyin sirlərini açıqlayıb.

 

İnsanların onu küçədə görəndə şəkil çəkdirmək istədiklərini deyən Silva nəvələrinin sosial şəbəkə paylaşımları sayəsində qısa zamanda Braziliyada fenomenə çevrilməyi bacarıb.

 

121 yaşını qeyd etdikdən cəmi 5 gün sonra koronavirusa yoluxan adam möcüzəvi şəkildə sağalmağı bacarıb. Silvanın müalicə edən həkim qrupu onun yumor hissinin və enerjisinin yüksək olduğunu bildiriblər.

 

Yaşı rəsmən təsdiqlənməsə də, əlində doğum şəadətnaməsi olan Silvanın 121-ci doğum günü Braziliya hökuməti tərəfindən metal lövhə ilə təltif edilib.

 

Silvanın yaşı təsdiqlənərsə, o, kor və əlil arabasında olan 118 yaşlı fransız Lucile Randonu keçərək rəsmi olaraq yaşayan ən yaşlı insan olacaq.

 

121 yaşlı Silva musiqini sevir və həmişə rəqs edir. Onun uzun həyatının sirri də məhz budur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama