Qaragilə və ispanaq revmatoid artritin simptomlarını azaldır - TƏDQİQAT
24.12.2022 16:09

Artrit ağrıları insanı çox narahat edə bilən ağrı növlərindəndir. Ona qarşı vahid dərmanın olmamasına baxmayaraq, simptomları yüngülləşdirmək üçün görülə bilən bəzi tədbirlər mövcuddur.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bir çox digər xəstəliklərdə olduğu kimi, pəhriz artritin nəticələrini yüngülləşdirmə üsullarından biridir.

 

Revmatoid artrit osteoartritdən sonra ikinci ən yayılan artrit formasıdır.

 

Adətən hər hansı bir oynaq zədələnməsinin nəticəsi olan osteoartritdən fərqli olaraq revmatoid artrit autoimmun xəstəliyidir. Bu, immun sistemin səhvən oynaqları örtən hüceyrələrə hücum etdiyi zaman baş verir.

 

Nəticədə oynaqlar şişkin, sərt və ağrılı olur.

 

Yeni araşdırmada, iştirakçıların 24 faizi qida məhsullarının onların artritinə təsir etdiyini, bu zaman 15 faizi yaxşılaşdığını, 19 faizi isə pisləşdiyini bildirib. Onların dörddə biri də artriti "ağırlaşdırdıqları" üçün qida məhsullarından fəal şəkildə qaçdıqlarını bildirib. Çox vaxt simptomları yaxşılaşdıran iki qida məhsulu qaragilə və ispanaq olub, şəkərli qazlı içkilər və desertlər isə revmatoid artrit əlamətlərini daha da ağırlaşdırıb.

 

Artritin ümumi simptomlarına oynaq ağrısı, oynaqlarda və ətrafında iltihab, oynaqların məhdud hərəkəti, zədələnmiş oynaq üzərində isti qırmızı dəri, əzələ zəifliyi və gücsüzlüyü daxildir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama