Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib
24.12.2022 16:58
Şirvan şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib.
 
Bu barədə Aztibb.az-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
 
Tədbiri giriş sözü ilə açan Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Qalib Mirzəyev bu əlamətdar günün əhəmiyyətindən danışıb, bayramlar münasibətilə tibb işçilərini təbrik edib. Bildirib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. 
 
O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın bir çox ölkəsində milyonlarla soydaşımız tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb.
 
Sonra Səhiyyə işçiləri Həmkarlar İttifaqı Şurasının sədri Mehparə Səmədova çıxış edərək təbrikini çatdırıb, səhiyyə işçilərə sağlam həyat, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb.
 
Tədbirin sonunda bayram münasibətilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında çalışan 8 şəhid ailəsi, 12 veteran, 2 qazi, 15 müharibə iştirakçısı olmaqla 400 nəfərə hədiyyə (ərzaq) paketləri təqdim edilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır