Səhiyyə Nazirliyində Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti ilə görüş keçirilib
23.12.2022 16:38

Azərbaycan Səhiyyə Nazirliyində Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti, professor Ənvər Həsənoğlu ilə görüş keçirilib.

 

Aztibb.az Nazirliyə istinadla xəbər verir ki, səhiyyə naziri Teymur Musayev IPA-nın dünyada uşaqların sağlamlığının və sosial rifahının qorunması ilə bağlı problemlərin həllinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib. Nazir Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı: “Uşaqların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

 

Teymur Musayev Azərbaycan Tibb Universitetinin Beynəlxalq Pediatriya Assosiasiyası ilə uğurlu əməkdaşlığın davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakıda keçirilən I Milli Pediatriya Konqresi zamanı beynəlxalq mütəxəssislərin məruzələri və aparılacaq müzakirələr Azərbaycanda pediatriyanın inkişafına mühüm töhfə verəcək.

 

Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən IPA-nın prezidenti Ənvər Həsənoğlu beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda səhiyyənin müxtəlif sahələrinin, o cümlədən pediatriyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konqreslər hər zaman yüksək səviyyədə təşkil olunub.

 

Görüşdə Beynəlxalq Pediatriya Assosiasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama