Ailəvi Aralıq dənizi qızdırmasının diaqnozu üçün yeni texnologiya hazırlanıb  
23.12.2022 16:08

Aralıq dənizi ölkələrində rast gəlinən genetik xəstəlik olan Ailəvi Aralıq dənizi qızdırmasının sürətli diaqnozuna diqqət çəkən türk alimlər yarım saat ərzində nəticə verən yeni texnologiya hazırlayıblar.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Dokuz Eylül Universiteti (DEÜ) Tibb fakültəsinin Uşaq revmatologiyası üzrə professoru Erbil Ünsal və İzmir Biotibb və Genom Mərkəzində tədqiqat qrupunun rəhbəri Arif Engin Çetinin TÜBİTAK-ın dəstəyi ilə həyata keçirildiyi layihə uğurla yekunlaşıb.

 

Türkiyəli alimlər təkrarlanan qızdırma, qarın ağrısı, sinə ağrısı və oynaq ağrıları səbəbiylə xəstələrin həyat keyfiyyətini aşağı salan, "FMF" (Familial Mediterranean Fever) olaraq da bilinən Ailəvi Aralıq dənizi qızdırmasını qan nümunələrindən optik texnologiyalarla tez aşkar edə bilən cihaz və sistem hazırlayıblar.  

 

Prof. Erbil Ünsal Ailəvi Aralıq dənizi qızdırmasını genetik müayinələrlə araşdıraraq xəstəliyin əsasını təşkil edən zülalı təsbit edə bildiklərini deyib. O, bu texnologiya sayəsində xəstələrin dərman müalicəsinə daha tez başlaya biləcəklərini söyləyib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama