Sinir və əzələ xəstəliklərinə diaqnoz qoya biləcək yeni cihaz hazırlanır    
22.12.2022 16:00

 

Türkiyə Sağlamlıq Qurumları (TÜSEB) Başkanlığı tərəfindən sinir və əzələlərə təsir edən xəstəliklərin diaqnozunda istifadə edilmək üçün yerli elektromiyoqrafiya (EMG) cihazı hazırlanacaq.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

TÜSEB-in Süni İntellekt Tətbiqləri İnstitutunun (TÜYZE) rəhbəri, prof. Songül Varlı süni intellekt texnologiyasından istifadə edərək beyin və əzələ siqnallarının və müxtəlif robot mexanizmlərin idarə edilməsi ilə bağlı aparılan işlər haqqında məlumat verib.

Süni intellektdən istifadə edilən robotik proseslərin tibbin bir çox sahələrində istifadə edildiyini deyən S.Varlı xüsusilə fiziki müalicə və reabilitasiya sahəsi üçün hazırlanmış robot sistemlərin bu texnologiyalar arasında xüsusi yer tutduğunu bildirib. O, institutda fəaliyyət göstərən Robototexnika və Süni İntellekt laboratoriyasında beyin və əzələ siqnalları ilə müxtəlif robot mexanizmlərin idarə edilməsi üzərində çalışdıqlarını söyləyib: "Robotexnika və Süni İntellekt laboratoriyamızda bioloji siqnalların təhlili və bu siqnalların robotlarda istifadəsi üçün yeni metodların işlənib hazırlanması və sınaqlarını həyata keçiririk. Hazırlayacağımız EMG cihazını da bu cür tədqiqatlarda istifadə etməyi planlaşdırırıq. Layihələrimizdə müxtəlif elm sahələrinin mütəxəssisləri ilə işləyirik”. 

 

O, 3 aydır bu cihaz üzərində çalışdıqlarını və EMG-nin sinirlərdə meydana gələn disfunksiyaları müəyyən etdiyini, sinir və əzələləri təsir edən xəstəliklərə diaqnoz qoya bildiyini qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır