“Avromed” şirkəti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat köçürüb
30.09.2020 20:58

Separatçılar tərəfindən işğal edilən ərazilərin azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan Azərbaycan Ordusuna dəstək məqsədilə “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürüb.


“Cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyuruq və bütün mümkün yollarla dəstəkləməyə hazır olduğumuzu bildiririk!”, - deyə şirkətin bəyanatında deyilir.


Bununla yanaşı, bütün əsgər və hərbi qulluqçularımızın həyatının təhlükədə olduğu şəraitdə onların bütün lazımi tibbi vasitələrlə təmin edilməsi zərurətini nəzərə alaraq “Avromed” QSC təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatı ilə bağlı məsələləri xüsusilə diqqətdə saxlayır. Şirkət bu istiqamətdə təxirəsalınmaz vacib tədbirlərin görülməsi üçün bütün əlaqəli dövlət qurumlarına tam dəstək göstərir. "Avromed” hərbi əməliyyatlar başladığı gündən təmas xəttində yerləşən yaşayış məntəqələrinə və cəbhəyə lazımi həcmdə dərman, o cümlədən digər tibbi vasitələr göndərib və hər an göndərməyə hazırdır.

 

Qeyd edək ki, “Avromed”in baş ofisi və cəbhə bölgələrinin daxil olduğu regional idarələri operativ iş rejimində fəaliyyət göstərir. Baş ofisdə bu prosesləri tənzimləyən qərargah yaradılıb. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən qərargah döyüşlərin getdiyi ərazilərdə dərman təchizatı üçün təcili durum yaranarsa, bu kimi halların operativ şəkildə həll edilməsinə tam hazırdır.

 

“Avromed” QSC olaraq tərəfimizdən cəbhə xəttində yerləşən rayonlarda ehtiyat tədbirləri görülür, əhalinin, o cümlədən xəstəxanaların lazımi dərmanlarla təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır.


Ordumuzla qürur duyur, Allahdan onlara güc və zəfər diləyirik!"

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır