Mərkəzi Gömrük Hospitalında yeni kadr təyinatı olub
22.12.2022 10:35

Gənc həkim Şəbnəm Qədməliyeva Mərkəzi Gömrük Hospitalının Nefrologiya və efferent terapiya şöbəsinin nefroloqu vəzifəsinə təyin olunub.

 

Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.

 

Şəbnəm Qədməliyeva  2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində təhsil alıb. ATU-nu fərqlənmə diplomu ilə bitirən gənc həkim təhsilini 2018-2022-ci illərdə Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent  Terapiya şöbəsində nefrologiya ixtisası üzrə rezidenturada davam etdirib.

 

Şəbnəm həkim rezidenturada təhsil aldığı dövrdə kuratoru Efferent terapiya şöbəsinin rəisi, həkim-nefroloq Mirmənsim Məmmədovun rəhbərliyi altında nefrologiyanın müxtəlif sahələrinin sirlərini öyrənib, eləcə də Cərrahiyyə və Transplantasiya şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazıminin köməkliyi ilə ilə böyrək transplantasiyası üzrə praktiki biliklərə yiyələnib.

 

O, 20 dekabr 2022-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-nefroloq kimi fəaliyyətə başlayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama