İcbari tibbi sığorta sisteminin yenilikləri ilə bağlı təlim keçirilib (FOTOLAR)
21.12.2022 17:41

Dekabrın 21-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Talassemiya Mərkəzində Media və QHT nümayəndələri üçün təlim təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd vətəndaş cəmiyyəti və media nümayəndələrinin icbari tibbi sığorta sisteminin işləmə mexanizmi haqqında məlumatlılıq səviyyəsini artırmaq, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək və gücləndirməkdir.

 

Tədbirdə təqdimatla çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova öncə icbari tibbi sığorta haqqında və bu sahədə yeniliklərlə bağlı ümumi məlumat verib. Qeyd edib ki, əhalinin icbari tibbi sığorta barədə məlumatlandırılmasında qeyri-hökumət təşkilatları və media mənsublarının rolu böyük əhəmiyyət daşıyır. Bu səbəbdən media mənsublarına və bu sahədə maarifləndirmə tədbirləri təşkil edən vətəndaş cəmiyyətinə icbari tibbi sığorta sisteminin qaydaları barədə dolğun məlumatlar vermək zəruridir.

 

Təlimdə iştirakçılar icbari tibbi sığorta sistemi ilə bağlı bir sıra istiqamətlər üzrə də geniş  məlumatlandırılıb.

 

Xüsusilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfində təminat verilən tibbi xidmətlər, eləcə də TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri barədə məlumat, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, bu müəssisələrdə icbari tibbi sığortadan istifadə qaydası və s. izah edilib. 

 

Sonda iştirakçıların mövzu üzrə sualları ekspert tərəfindən cavablandırılıb. İştirakçılar icbari tibbi sığorta sistemi barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə yazılı sorğuda da iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama