İngiltərədə İLK! - Ürək xəstəliyi olan körpə kök hüceyrə müalicəsi ilə sağlamlığına qovuşub
21.12.2022 12:30

Böyük Britaniyada yerləşən Bristol Universitetinin professoru Massimo Caputo və komandası anadangəlmə ürək xəstəliyi olan 2 yaşlı Finley adlı uşağı ürəyinə yeritdikləri kök hüceyrə ilə sağaldıblar. Bu, dünyada bir ilkdir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla verdiyi xəbərə görə, Finley ağciyərləri və bədəni qanla təmin edən iki əsas arteriyanın yanlış mövqelərdə olduğu "böyük arteriyaların transpozisiyası" adlı anadangəlmə ürək qüsuru ilə doğulub. Cəmi 4 günlük ikən açıq ürək əməliyyatı keçirən uşağın sağ qalma şansının az olduğunu bildirən həkimlər onu əməliyyatdan sonra ürəyinin və ağciyərlərinin funksiyasını üzərinə götürən aparata qoşublar. Əməliyyatdan sonra ürəyinin əksər funksiyalarını itirən Finley həftələrlə dərman müalicəsi alıb.

 

Professor M.Caputo və komandası körpə üçün qeyri-adi bir prosedur həyata keçirərək, onun ürəyinə birbaşa kök hüceyrənin xüsusi növünü yeridiblər. Əməliyyatın məqsədi kök hüceyrə inyeksiyası ilə Finleyin ürəyinin sol tərəfinə qan axını artırmaq üçün zədələnmiş qan damarlarının inkişafını stimullaşdırmaq olub.

 

Əməliyyatdan sonra tədricən sağalmağa başlayan Finleyin səhhətinin yaxşı olduğu bildirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama