Oğuzda şagirdlər QİÇS-lə mübarizə haqqında maarifləndiriliblər  
21.12.2022 10:49
Oğuzun Qumlaq kənd tam orta məktəbində "QİÇS/HİV və digər yolxucu xəstəliklər" mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Oğuz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, tədbirdə xəstəxananın pediatrı Səxavət Daşdəmirov, Qumlaq kənd tibb məntəqəsinin işçiləri, müəllim və şagird kollektivi iştirak edib.
 
Əvvəlcə həkim-prediatr Səxavət Daşdəmirov görüşün maarifləndirici xarakter daşıdığını və sağlamlıq üçün vacibliyini qeyd edib. O, QİÇS xəstəliyinin ölkə üzrə statistikası, xəstəliyin əlamətləri, yayılma yolları və bu bəladan qorunma metodları haqqında şagirdlərə məlumat verib. Həkim insanların ildə azı bir dəfə İİV laborator analiz verməsini tövsiyyə edib.
 
Daha sonra Qumlaq kənd tibb məntəqəsinin tibb bacısı Mahirə Zeynalova çıxış edərək xəstəliyin əsasən qan vasitəsilə ötürüldüyünü bildirib.
 
Sonda müəllim və şagirdlərə “QİÇŞ” xəstəliyi mövzusunda bukletlər paylanılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır