"Həkimlərimizi tanıyaq!" rubrikası: Pediatr-endokrinoloq Həbibə Mirzəyeva
22.12.2022 13:03

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə təcrübəli pediatr-endokrinoloq Həbibə Mirzəyeva haqqında məlumatları diqqətinizə çatdırırıq. 

 

Həbibə Mirzəyeva 1998-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirib.
 
O, 2013-2014-cü illərdə Kocaeli Universiteti Tibb fakültəsində təşkil olunmuş “Uşaq sağlamlığı və xəstəlikləri”, “Uşaq endokrinologiyası” kurslarında iştirak edib.
Həmçinin 2015-ci ildə Türk dünyası və Avrasiya pediatrlarının XV konqresinin, Azərbaycan Tibb Universitetinin Ohayo ştatı Universiteti və Viskonsin Tibb Universiteti ilə birgə təşkil etdiyi “Pediatriya-endokrinologiya” mövzusunda seminarın iştirakçısı olub.
 
Təcrübəli həkim müxtəlif illərdə bioloji təbabət üzrə Almaniya, Kolumbiya, İsveçrə, Rusiya və Ukrayna mütəxəssislərinin seminarlarına qatılaraq müvafiq sertifikatlar alıb.
 
Həbibə Mirzəyeva homotoksikologiya, biopunktura, mezoterapiya və hirudoterapiya üzrə kurslarda yiyələndiyi nəzəri bilikləri bir çox uşaq xəstəliklərinin müalicəsində uğurla tətbiq edir.
 
O, bir çox dövlət və özəl klinikalarda çalışıb. Hazırda hər həftənin 1-ci günü "Masmedical Center"da pasiyent qəbulu həyata keçirir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər