Aralıqlı diet QERX xəstəliyinin simptomlarını yaxşılaşdıra bilər? - Endokrinoloq  AÇIQLADI
20.12.2022 16:24
ABŞ-da Stanford Universitetində aparılan araşdırmaya əsasən, aralıqlı oruc tutmaq reflüks xəstəliyinin simptomlarını yaxşılaşdıra bilər.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib.
 
Həkim bildirib ki, ABŞ-da ümumi əhalinin 18-28%-də reflüks xəstəliyinə rast gəlinib. Onların müalicəsində istifadə olunan proton pompa inhibitorları (PPİ-lansoprozol, pantoprozol) ABŞ-da ən çox reseptdə yazılan dərmanlar siyahısındadır. Reflüks xəstəliyinin müalicəsinə sərf olunan illik xərclər 18 milyard $-dan çox olduğu bilinir.
 
Onun sözlərinə görə, Stanford Universitetində 26 nəfər üzərində 96 saatlıq təcrübə keçirilib. Təcrübədə iştirakçılardan ilk 48 saat ərzində normal pəhrizlərinə riayət etmələri istənilib. Sonrakı 48 saat ərzində isə 16 saat oruc tutmaları, ardından 8 saatlıq yemək tələb olunub.
 
"Aralıqlı diet zamanı QERX (qastroezofagial refluks) simptomlarının 2-ci gündən sonra 14,3%, 3 və 4-cü günlərdə isə 9,9% azalması diet ilə əlaqələndirilib. Ürək yanması simptomu dərəcəsi 2,6, requrqitasiya (qidanın mədədən qida borusuna qayıtmasl) simptomu dərəcəsində isə 1,8 azalma olub. Aralıqlı diet zamanı artıq çəkidən əziyyət çəkən xəstələrdə reflü ilə yanaşı adipositlərdən ifraz olunan iltihab sitokinlərində də azalma olduğu müşahidə olunub. İltihab sitokinlərinin azalması orqanizm üzərində sistemik təsirin azalmasına səbəb olub.
 
Həmçinin aralıqlı oruc zamanı daha az yemək qəbulu və axşam yeməyinin yatmazdan daha çox saat əvvəl qəbulu QERX (qastroezofagial reflüks) simptomlarının azalmasına kömək edib.
 
Beləliklə, aralıqlı dietin digər diet növlərindən fərqli olaraq həzm sisteminin fəaliyyətinə neqativ təsir etmədiyi müəyyən olunub", - deyə Fərhad Burzu qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama