Bu il TƏBİB-in tabeliyindəki xəstəxanalarda 292 mindən çox əməliyyat icra olunub
20.12.2022 11:00

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionar, ambulator, laborator xidmətlərin, cərrahi əməliyyatların, eləcə də həkimə gəlişlərin sayı açıqlanıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında məlumat verib.

 

O, bildirib ki, cari ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində 40.277.004 xidmət göstərilib ki, onun 33.888.773-ü ambulator, 6.388.231-i isə stasionar tibbi xidmətin payına düşüb:

 

"Həkimə gəlişlərin sayı 7.214.551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292.320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8.522.701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12440 tibb işçisi işə qəbul olunub".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza