Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı keçirilib
19.12.2022 14:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsinə həsr olunan Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri - Araz Nəsirov və Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, millət vəkili Soltan Məmmədov, ETTOİ-nin direktoru Elviz Qasımov, ETTOİ-nin direktor müavini Fərhad Verdiyev, həkim-travmatoloq-ortopedlər və b. iştirak ediblər.

 

Tədbirdə çıxış edən H.İbrahimli Azərbaycan travmatoloq-ortopedlərinin 44 günlük müharibə zamanı xəsarət alan əsgər və zabitlərimiz üzərində həyati vacib rekonstruktiv-bərpaedici əməliyyatlar apardıqlarını bildirib. Agentlik rəsmisi, həmçinin icbari tibbi sığorta çərçivəsində göstərilən travmatoloji-ortopedik tibbi xidmətlər barədə məlumat verib və 2020-ci ildən bu günə qədər icbari tibbi sığorta çərçivəsində 1600-ə yaxın endoprotezləşdirmə əməliyyatı icra olunduğunu qeyd edib.

 

Qurultayda II Qarabağ müharibəsi zamanı travmatoloji xidmətin təşkili, odlu silah yaralanmaları zamanı sümük və yumşaq toxumalarda cərrahi müdaxilələr, qazi və yaralananların tibbi, psixo-sosial reabilitasiyası, travmatologiya və ortopediyanın digər aktual problemlərini əhatə edən 8 panel təqdim olunub.

 

Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq məruzələrdə ən son tibbi məlumatlar əks olunub. Konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdirilib.

 

Qurultayda ilk dəfə olaraq “Azərbaycan Travmatoloq və Ortopedlərin dostu” fəxri adları türkiyəli həkimlərə təqdim edilib. Həm Qarabağ müharibəsində, həm də yerli həkimlərin uzmanlıq ixtisaslarının təkmilləşdirilməsində qardaş ölkə həmkarlarının əvəzsiz rolu olduğu qeyd edilib.

 

Sonda 44 günlük Vətən Müharibəsində iştirak edən travmatoloq-ortopedlər təltif edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza