Qanda prolaktinin qalxmasının fizioloji, patoloji və farmakoloji SƏBƏBLƏRİ
19.12.2022 18:47
Prolaktin hipofizin ön payında yerləşmiş laktotrof hüceyrələrdə istehsal olunan coxfunksiyalı hormondur. Normada qanda konsentrasiyadı 5-25 nq/ml olub, hamiləlik və laktasiya dövründə 320 nq/ml-ə qədər arta bilər.
Aztibb.az xəbər verir ki, bu barədə Binəqədi Tibb Mərkəzinin endokrinoloqu Şəbnəm Əhmədova məlumat verib.
Həkim bildirib ki, hiperprolaktinemiya - qanda prolaktin hormonunun konsentrasiyasının yüksək olmasıdır. Prolaktinin qalxmasının səbəbləri fizioloji, patoloji və farmakoloji ola bilər.
Fizioloji səbəbləri:
Cinsi əlaqə zamanı
Süd vəzi gilələrinin mexaniki qıcıqlanması zamanı
Stress vəziyyətində
Yuxuda olarkən
Fiziki gərginlikdə gimnastika, qaçış zamanı
Hamiləlik və südvermə zamanı
Tərkibində zülal çox olan qida qəbul etdikdə(ət və s.).
Patoloji səbəbləri:
Hİpofizin patologiyaları: prolaktinoma, hormonal aktiv adenomalar, kistalar, "boş türk yəhəri" sindromu
Baş beynin hipotalamik nahiyəsinin zədələnmələri, xoş və bədxassəli şişləri, cərrahi və şüa zədələnməsi, sistem xəstəliklər
Yumurtalıqların polikistozu ,estrogen sintez edən şişləri
Endometrioz və uşaqlığın mioması
Qaraciyər və böyrək çatışmazlığı, qaraciyər sirrozu
Epilepsiya tutması
Hiper və hipertireoz
Xroniki prostatit və qırmızı qurdeşənəyi
Hipoqlikemik vəziyyət.
Onun sözlərinə görə, prolaktinin qalxmasının farmakoloji səbəbinə anestetik və narkotik vasitələr, qusma əleyhinə və antipsixotik vasitələr, antihistamin, antidepressant və qıcolma əleyhinə dərmanlar, oral kontoseptivlər və təzyiq dərmanları daxildir.
Endokrinoloq qadınlarda prolaktinin yüksək olmasının əlamətlərini də sadalayıb:
Menstrual tsikl pozğunluqları, sonsuzluq
Qalaktoreya (uşaq yedizdirməklə əlaqəsi olmayan süd vəzilərindən süd gəlməsi)
Cinsi meylin azalması
Sızanaqlar və kişisayaği tüklənmə
Osteoparoz, oynaq və sümük ağrıları
Şişin görmə sinirinə təsiri ilə əlaqədar görmənin pozulması
Piylənmə və insulinə rezistentlik.
Kişilərdə prolaktinin yüksək olmasının əlamətlərinə aiddir:
Ginekomastiya (süd vəzilərinin böyüməsi)
Cinsi meylin azalması
İkincili cinsi əlamətlərin zəifləməsi
Spermanın miqdar və keyfiyyətinin azalması ilə baş verən kişi sonsuzluğu
Qalaktoreya, piylənmə.
Şəbnəm Əhmədova qeyd edib ki, xəstəliyin diaqnostikasında əsas şərt qanda prolaktinin səviyyəsinin 2-3 dəfə təkrar ölçülməsidir. Prolaktinoma aşkar olunarsa, dərman müalicəsi və çox nadir hallarda cərrahi, kimya və ya şüa terapiyası seçilə bilər.
Bu bölməyə aid digər xəbərlər
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Psixoloq: Xoşbəxtliyi əzələ kimi inkişaf etdirmək mümkündür
17.10.2026 | 09:48
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
16.10.2026 | 11:16
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43

