Piylənmənin müalicəsində bariatrik cərrahiyyənin ÜSTÜNLÜKLƏRİ
19.12.2022 12:22
New Jersey Rotgers Robert Wood Jonhson tibb müəssisəsində aparılmış böyük bir retrospektiv araşdırmada bariatrik cərrahiyyə (mədə kiçiltmə) əməliyyatı icra olunmuş xəstələrlə, ciddi obez (piylənmədən, artıq çəkidən əziyyət çəkən) və alkoqolsuz yağlanmış qaraciyər xəstəliyi olan pasiyentlərin nəticələri müqayisə olunub. 2007-2017-ci illər ərzində 87000 xəstədən ibarət 96 aylıq araşdırmada bariatrik cərrahiyyə icra olunmuş xəstələrin, qeyri-cərrahi (dərman və s.) müalicə həyata keçirlimiş xəstələrlə müqayisəsində ürək-damar xəstəlikləri riskinin 49% azaldığı müəyyən edilib.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib.
Onun sözlərinə görə, araşdırma aparılan xəstələrin ortalama yaş həddi 45 olub. Onların 56%-də yüksək arterial təzyiq, 45%-də lipid-mübadilə pozğunluğu, 35%-də isə yuxu apnesi sindromuna (yuxuda nəfəs tıxanıqlığına bağlı xoruldama, boğulma) rast gəlinib. Cərrahi xəstələr qeyri-cərrahi xəstələrdən daha gənc olub (43 yaş) və xəstələr arasında qadınlar üstünlük təşkil edib.
Fərhad Burzu bildirib ki, 96 aylıq araşdırma müddətində ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi, qeyri-cərrahi və cərrahi qruplar arasında müqayisəli şəkildə analiz olunub və aşağıdakı nəticələr əldə edilib:
Qeyri-cərrahi Cərrahi
24 ay: 12.8% 5%
48 ay: 21.1% 10.4%
72 ay: 28.2% 15.6%
96 ay: 35.6% 21.6%
"Bununla yanaşı, bariatrik cərrahiyə zamanı miokard infarkt riskinin 2.6%-dən 1.7%-ə, ürək çatışmazlığının 11.5%-dən 4.2%-ə, işemik atak riskinin 3.4%-dən 3%-ə qədər azaldığı müşahidə olunub.
Yuxarıda qeyd olunmuş göstəriciləri nəzərə alaraq bariatrik cərrahiyənin uyğun pasiyentlərdə üstünlükləri inkarolunmazdır. Doğru seçilmiş xəstə qruplarında həyata keçirilməsi tövsiyyə oluna bilər", - deyə endokrinoloq qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Psixoloq: Xoşbəxtliyi əzələ kimi inkişaf etdirmək mümkündür
17.10.2026 | 09:48
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
16.10.2026 | 11:16
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

