Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Türkiyədə beynəlxalq konqresdə ölkəmizi təmsil edib  
19.12.2022 11:29
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d. dosent İsmayıl Əfəndiyev 14-17 dekabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Səhiyyədə Performans və Keyfiyyət üzrə 8-ci Beynəlxalq Konqresdə iştirak edib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Nüfuzlu tədbirə 50-yə yaxın ölkəni və beynəlxalq təşkilatları təmsil edən 2500-dən çox əyani iştirakçı qoşulub.
 
Konqresin açılış mərasimində Türkiyə Respublikasının səhiyyə Naziri Fahrettin Koca çıxış edib. Konqresin sədri, Türkiyə Respublikası Səhiyyə Nazirinin müavini prof.  Sabahattin Aydın iştirakçıları tədbirin zəngin elmi proqramı ilə tanış edərək, konqresin Türk Dünyasında və digər ölkələrdə Beynəlxalq Səhiyyə Keyfiyyət və Performans Sisteminin təkmilləşdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
 
Konqresdə səhiyyə xidmətlərində keyfiyyətin qiymətləndirilməsi və onun artırılması, akkreditasiya və beynəlxalq standartların tətbiqi, dəyişən dünyada səhiyyə keyfiyyətinin rolu, xəstələrin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi əsasında effektiv, səmərəli xidmət göstərilməsinin davamlılığı, tibb müəssisələrində fəaliyyətin monitorinqi və performansın artırılması, risklərin idarə edilməsi, səhiyyədə innovativ yanaşmaların, sübut-əsaslı təcrübələrin tətbiq edilməsi və digər məsələlər müzakirə olunub.
 
“Səhiyyənin gələcəyini keyfiyyətlə dizayn edək” mövzusu üzrə keçirilmiş konqresdə ictimai səhiyyənin gələcəyinə diqqət yetirilib, tibbdə performans və keyfiyyətlə bağlı mövcud inkişaf istiqamətləri müzakirə olunub, beynəlxalq təcrübələr və innovativ yanaşmalar paylaşılıb, səhiyyə işçiləri arasında ünsiyyət və əməkdaşlığın artırılması üçün platforma yaradılıb.
 
Tədbirdə Türkiyə Respublikası və digər ölkələri təmsil edən elm adamları, aparıcı səhiyyə menecerləri, dövlət və özəl tibb qurumlarının rəhbərləri səhiyyədə performans və keyfiyyətin artırılması, beynəlxalq akkreditasiya üzrə öz təcrübələrini bölüşüblər. Eyni zamanda, konqres çərçivəsində dövlət, özəl və universitet səhiyyə müəssisələrinin keyfiyyət, performans, xəstə xidmətləri və işçilərin təhlükəsizliyi sahələrində fəaliyyətlərinin müzakirəsi və təhlili aparılıb.
 
Konqres zamanı təqdim edilən və müasir tibb xidmətlərinin müxtəlif sahələrini əhatə edən qabaqcıl təcrübənin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının gündəlik işində tətbiq edilməsi nəzərdə tutulub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza