Naxçıvan Dövlət Universiteti Milli Oftalmologiya Mərkəzi ilə əməkdaşlıq edəcək
17.12.2022 23:22

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov, Mərkəzin direktor müavini Nəzərli Ceyhun və Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Abdıyeva Yazgül Naxçıvan Dövlət Universitetində olublar. 

 

Bu barədə Aztibb.az-a Milli Oftalmologiya Məkəzindən məlumat verilib.

 

Universitetin rektoru Elbrus İsayev və Mərkəzin nümayəndələri arasında ali təhsil müəssisəsinin tədris sistemi, inkişaf potensialı və tibb sahəsində nəzərdə tutulan perspektivlər barədə fikir mübadiləsi aparılıb. Ölkədə tibbi kadrların hazırlığı çərçivəsində universitetlərdə yaranan çətinliklər, xarici təcrübədən əldə olunan nəticələr və gənc həkimlərin yetişdirilməsində peşəkar həkimlərin bilik və bacarıqlarının mübadilə prosesinə cəlb olunmasının vacibliyi məsələləri müzakirə edilib.

 

Rektor bildirib ki, hazırda universitet bir çox xarici ali təhsil müəssisələri ilə beynəlxalq müqavilələr çərçivəsində əməkdaşlıq edir. Beynəlxalq təcrübədən əldə etdiyimiz metodlardan biri də “açıq imtahan modelidir” ki, bu model digər ixtisaslarla yanaşı, yaxın gələcəkdə tibb fakültəsinin tələbələri üçün də nəzərdə tutulub.

 

Görüşdə Elmar Qasımov diqqətə çatdırıb ki, rəhbərlik etdiyi Mərkəz lazımi avadanlıqlarla təchiz olunub və bu avadanlıqlar peşəkar həkimlərin səlahiyyətindədir. "Biz bu imkanların gənc kadrların yetişdirilməsi məqsədilə istifadəsinə və bu kadrların ölkə səhiyyə sisteminə qazandırılmasına xidmət göstərməsi üçün çalışırıq" - deyə o, bildirib.

 

Görüşdə iki müəssisə arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov imzalayıblar.

 

Memorandum çərçivəsində tərəfdaşlarla tibb sahəsində mövcud olan təcrübələrin öyrənilməsi, yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması, seminarların, kurs və təlimlərin, elmi konfransların təşkili, tələbə və rezidentlərin təcrübə məqsədilə mübadilə proqramlarının hazırlanması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

 

Daha sonra universitet rəhbərliyi Mərkəzin nümayəndələrini Tibb fakütəsinin yeni yaradılmış kabinələri ilə tanış edib. Tələbələr üçün yaradılan şərait və tədris prosesi üçün nəzərdə tutulan əyani vəsaitlər, simulyasiya mərkəzləri və texniki laboratoriyalar nümayəndələr tərəfindən yüksək qiymətləndirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən 3 günlük körpə sağlamlığına qovuşub
Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub