Nevroloq Mərziyyə Məmmədova - "Həkimlərimizi tanıyaq!" rubrikası
17.12.2022 11:27

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun böyuk elmi işçisi, həkim-nevroloq, neyrofizioloq, reabilitoloq Mərziyyə Məmmədova haqqında məlumatları təqdim edirik.

 

Mərziyyə Yusif qızı Məmmədova 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2004-cü ildə ATU-nun Nevrologiya kafedrasında Nevrologiya ixtisası üzrə internatura keçib. 

 

O, 2004-2007-ci illərdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya şöbəsinin əyani doktorantı olub. 2007-2022-ci illərdə həmin institutunun Kliniki neyrofizioloji laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. “Transkranial və çoxsəviyyəli maqnit stimulyasiyasının insultdan sonrakı xəstələrin müalicə və bərpasında tətbiqi” namizədlik dissertasiyasının və iki müalicə - transkranial və çoxsəviyyəli maqnit stimulyasiyası metodikalarının müəllifidir.

 

Nevroloq həkim 2006-cı ildə Sankt-Peterburqda "Maqnit stimulyasiyası, stimulyasion elektroneyromioqrafiya, çağılırılmış potensiallar" üzrə sertifikatlaşmış kurslar keçib.

 

2014-2015-ci illərdə Sağlam Həyat Naminə İctimai Birliyinin "Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin təşkili" layihəsində həkim-reabilitoloq kimi çalışıb. 

 

Mərziyyə Məmmədova 2015-ci ildə Atlas Klinikasında, 2015-2017-ci illərdə AMT Klinikasında, 2017-2018-ci illərdə SEBA Koreya Şərq Təbabəti Klinikasında, 2018-2019-cu illərdə Bakı Bərpa Mərkəzində, 2019-2021-ci illərdə Referans Poliklinikdə, 2021-2022-ci illərdə isə West Hospitalda çalışıb. 2022-ci ildən Biosis Klinikasında fəaliyyət göstərir.


O, Azərbaycan, Türkiyə və Rusiyada ixtisasartırma kurslarında iştirak edib, beynəlxalq dərəcəli BLS, ACLS, PALS, NRP, Food Safety, ISO 9001 Health Management , GCP, Methods in scientific research+SPSS, İT Project Management, Data Science (R Language), İDİR sertifikatları alıb.

 

2019-2020-ci illərdə ATU-da İnsultun Menecmentinin Təkmilləşdirilməsi Proqramı İnsult Mərkəzinin yaradılması Pilot Layihəsinin İşçi qrupunun üzvü, təlimçi-exsperti olub.

 

Nevroloq həkim 2022-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistentidir. Həmçinin 2022-ci ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Kliniki neyrofizioloji laboratoriyasının böyük elmi işçisi vəzifəsində çalışır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır