ATU-da III Cərrahi xəstəliklər kafedrasının yaranmasının 100 illiyi qeyd edilib
16.12.2022 17:58

Dekabrın 16-da Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfrans keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, konfransı universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açıb. Bildirib ki, Tibb Universiteti 100 illik tarixi ənənənələrə malik ali təhsil müəssisəsidir: “Bu gün təşkil olunan beynəlxalq konfrtans universitetin III Cərrahi xəstəlikləri kafedrasının 100 illiyinə həsr olunub. Hansı ki, bu kafedranın universitetin elmi nailiyyətlər qazanmasında və inkişafında rolu böyük olub. Doğrudur, kafedra fəaliyyətinin 100 illiyini çoxdan qeyd etməli idi. Amma pandemiya dövrünə düşdüyü üçün bir az ləngidi.

 

Kafedra ölkəmizdə tibbi kadrların, o cümlədən məşhur alimlərin, cərrahların yetişməsində müstəsna xidmətlərə malikdir. Adıçəkilən kafedraya 51 il akademik Mustafa Topşubaşov rəhbərlik edib. Məhz onun rəhbərliyi sayəsində Azərbaycanda tanınmış alimlər yetişibdir.

 

Kafedranın əməkdaşları istər II Dünya, istərsə də I və II Vətən müharibələri dövründə aktiv fəaliyyət göstəriblər. Kafedranın müdiri, professor Fariz Camalov və kafedranın əməkdaşları Vətən müharibəsində ön cəbhəyə yaxın yerləşən hospitallarda yaralılara vaxtında yardım edib, neçə hərbçini həyata qaytarıbdır”.

 

Prorektor R.Bəylərov çıxışının sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından qardaş Türkiyə və Rusiyadan gəlmiş qonaqları, o cümlədən iştirakçıları salamlayaraq, konfransı açıq elan edib.

 

III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov da gələn qonaqları salamlayaraq, təşkil olunmuş konfransın əhəmiyyətindən söhbət açıb. Məruzəçilərin cərrahi xəstəliklərlə bağlı aktual məqamlara toxunacağını qeyd edib.

 

Adıçəkilən kafedranın dosenti, qocaman alim Şəfa Əliyev kafedranın tarixi barədə konfrans iştirakçılarına geniş məlumat verib. Kafedraya rəhbərlik edənlər və bir yerdə çalışdığı alimlərlə bağlı kövrək xatirələrini dilə gətirib.

 

I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, II Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Rauf Ağayev, Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev də kafedranın inkişaf tarixindən, etdikləri əməkdaşlıqdan danışıblar.

 

Türkiyə və Rusiyadan təşrif gətirən qonqalar da ATU ilə etdikləri əməkdaşlıqdan, universitetin yetirmələrindən, elmi-təcrübi mübadilələrdən, əldə olunan nəticələrdən fəxarətlə söhbət açbılar.

 

III Cərrahi xəstəliklər kafedrasının tarixi, fəaliyyəti, keçdiyi yol və nailiyyətlərini əks etdirən sənədli film nümayiş etdirildikdən sonra elmi məruzələrin dinlənilməsinə start verilib.

 

Qeyd edək ki, iki gün davam edəcək konfransda cərrahi xəstəliklərin müasir diaqnostikası və müalicə üsulları ilə bağlı maraqlı məqamlara toxunulacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama