Sahil Babayev Qəbələ və İsmayıllı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib
16.12.2022 16:47

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ və İsmayıllı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

 

Aztibb.az Nazirliyə istinadla bildirir ki, qəbuldan əvvəl S.Babayev və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Qəbul zamanı müraciət edən vətəndaşlardan bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub. 

 

Vətəndaşlar sosial təminat növləri, o cümlədən  pensiya və ünvanlı sosial yardım, müavinət, eləcə də əlillik, reabilitasiya xidmətlərinə və aktiv məşğulluq proqramlarına cəlb edilmə, mənzillə  təminat və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Müraciətlərin hər biri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb. 

 

Bir sıra sakinlər  müraciətləri nəzərə alınaraq reabilitasiya və sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimai işlər, peşə hazırlığı) cəlb olunmaları üçün qeydiyyata  alınıblar.  Sorğu xarakterli müraciətlər edən vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır