Ölkəmizə gətirilmiş 30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb
16.12.2022 16:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb.

 

Aztibb.az Agentliyə istinadla xəbər verir ki, onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 15 gün ərzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunublar.

 

DTSERA-nın İdarə Heyətinin sədr müavini Ramin Rzayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfirinin I katibi Osadçiy Yevgeniy Valeriyeviç və səfirin xanımı Lyudmila Qrebeniçenkonun həmin uşaq və gənclərlə görüşü olub. 

 

Qeyd olunub ki, mərkəzdə ukraynalı uşaq və gənclərin tibbi və sosial-psixoloji reabilitasiyası işləri aparılıb. Emosional vəziyyətlərinin stabilləşməsi məqsədilə peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşqləri keçirilib. Eyni zamanda, onların regionun tarixi və görməli yerlərinə ekskursiyaları təşkil olunub.

 

Ukraynanın Azərbaycandakı səfirinin I katibi ukraynalı uşaq və gənclərə göstərilən qayğıya görə təşəkkürünü bildirib. 

 

Ukraynalı uşaq və gənclərə hədiyyələrin də təqdim olunduğu görüş konsert proqramı, uşaqların mahnı və rəqs ifaları ilə davam edib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır