Dəqiq diaqnozları ilə pasiyentlərin etibarını qazanmış yüksəkixtisaslı radioloq - Emin Məmmədov
16.12.2022 16:59

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə dəqiq diaqnozları ilə pasiyentlərin inamını və etibarını qazanmış Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı radioloqu Emin Məmmədovu təqdim edirik.

 

Emin Məmmədov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2007-2008-ci illərdə Milli Onkologiya Mərkəzində Şüa diaqnostikası ixtisası üzrə internatura təhsili alıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında radioloq kimi fəaliyyət göstərir.

 

O, Mərkəzi Gömrük Hospitalında Maqnit Rezonans Tomoqrafiya və Kompüter Tomoqrafiya - ümumi radiologiya, neyroradiologiya, döş qəfəsi radiologiyası, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, qara ciyərin KT volümetriyası, rentgen, sümük densitometriyası diaqnostika metodları ilə müayinələri həyata keçirir.

 

Radioloq həkim Emin Məmmədov öz üzərində çalışan, bilik və bacarıqlarını zənginləşdirən yüksək ixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən məşhur "Florence Nightingale" Xəstəxanalar Qrupunda və 2011-ci ildə İstanbulun Qaziosmanpaşa xəstəxanasında  ixtisasartırma kursları keçib, 2019-cu ildə isə Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Radioloji konfransında iştirak edib.

Həmçinin Emin həkimin Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin müdiri Namiq Novruzov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovla birlikdə müəllif olduğu “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi “Elsevier” nəşriyyatına daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində dərc olunub.

 

Həkim Avropa Radioloji Cəmiyyətinin üzvüdür.

 

Emin Məmmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır