Depressiyadan əziyyət çəkən insanların infarkt və insult riski daha yüksəkdir
16.12.2022 13:45

Ürək sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyacandan və depressiyadan qorumalıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, depressiyadan əziyyət çəkən insanların infarkt və insult riski daha yüksəkdir. Depressiyanın koronar arteriya xəstəliyi riskini 1,5-2 dəfə artırdığı sübut edilmişdir.

 

Cabir Gülmalıyev bildirib ki, koronar arteriya xəstələri arasında depressiyaya uğramış xəstələrin ölüm riski qeyri-depressiv xəstələrə nisbətən 3-4 dəfə yüksəkdir. Ölümün ən çox yayılmış forması ani ürək aritmiyasıdır.

 

Uzman həkim qeyd edib ki, koronar arteriya xəstəliklərinin depressiya, narahatlıq, tükənmişlik sindromu, qəzəb və kəskin stress kimi psixoloji faktorlarla, yoxsulluq kimi sosial faktorlarla əlaqəli olduğu göstərilmişdir.

 

"Xroniki stress bədənin "döyüş və ya qaç" reaksiyasını aktivləşdirir, qan təzyiqini yüksəldir və iltihabı stimullaşdırır.

 

Stress zamanı beynin amigdala hissəsində aktivliyin artması damarlarda və sümük iliyində iltihabın inkişafı ilə əlaqələndirilir", - deyə Cabir Gülmalıyev əlavə edib.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza