Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs savaşda qələbənin əldə olunmasında iştirak etməyə hazırıq! - ATU
30.09.2020 13:16

Hazırda Azərbaycan Vətən müharibəsi yaşayır. Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı başlayıb. Azərbaycan da əks-hücum əməliyyatına başlayaraq öz torpaqlarının və əhalisinin müdafiəsinə qalxıb. Artıq rəşadətli hərbçilərimiz bir neçə kəndi düşmən tapdağından azad ediblər.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi universitetin əməkdaşları və tələbələrini də qürurlandırıb.

 

Universitetin heyəti dövlət başçısının qətiyyətli addımlarını dəstəkləyir, Ali Baş Komandanın rəhbərliyi altında müqəddəs savaşda qələbənin əldə olunmasında iştirak etməyə hazır olduğunu bəyan edir.

 

ATU-nun Hərbi Tibb Fakültəsinin tələbələri və rezidentləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ilk gündən iştirak edirlər. Eyni zamanda, ATU klinikalarının yüksək ixtisasa malik təcrübəli və peşəkar tibbi heyəti erməni təxribatı nəticəsində yaralanan mülki əhalinin və hərbçilərin daim qulluğunda olduğunu bəyan edir.

 

Prezident İlham Əliyevin dediyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır