Qlütenin zərərləri nələrdir?
17.12.2022 11:44
Qlüten - çörək, makaron, bütün dənli bitkilər, pivə, kaşa və s. kimi məhsulların tərkibində olan zülaldır. Qlüten səhər yeməyində, hazır souslarda, yoqurtda və s. ola bilər. Qlüten yapışqana bənzəyir, buna görə də hazır qida toxumalarını və görünüşünü yaxşılaşdırmaq üçün məhsullara əlavə olunur. Bu xüsusiyyətə görə qlüten - yapışqan adlandırılır.
 
Aztibb.az-ın xəbərinə görə, qlütensiz bir çox məhsulların saxlama müddəti az olardı. Qlüten şirniyyat - çörək məhsullarını yumuşaq və zərif edir. Lakin, bütün üstünlükləri ilə yanaşı "yapışqan" xüsusiyyəti ilə, mədənin həzm işini çətinləşdirə bilir və bu ağır qida allergiyası ilə nəticələnə bilər.
 
Tibbi araşdırmalar qlütnin insanlara zərər verdiyini təsdiqləməyib. Bəzi həkimlər deyirlər ki, dənli bitkiləri mədə gec həzm etdiyindən mədə konsentrasiyası pozulur, bu zaman zərərli ola bilir. 
 
Qlütenə qarşı allergiyanız varsa bu zaman baş ağrıları, saç tökülməsi, immunitet zəifliyi baş verir. Valideynlərinizdə qlütenə qarşı həssaslıq varsa, bu sizin üçündə keçərli ola bilir. Bu vəziyyətdə, xronik şişlik, davamlı ishal, kəskin qoxu və digər həzm pozuntuları ilə şikayətlər olur.
 
Son illərdə qida bazarında qlüten tərkibsiz məhsulların sayı artıb. Qlüten tərkibsiz kaşa və makaronları bele artıq rahatlıqla marketlərdə tapmaq olur. Hər zamanki kimi, ət, yumurta, düyü, qoz, təzrəvəzlər, təbii süddən olan məhsullar sizin menyunuzda qalmaqla sağlam qidalana biləcəksiniz.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama