Narın insan orqanizmi üçün FAYDALARI  
16.12.2022 14:34
Qış mövsümündə immunitet sistemini möhkəmləndirmək ən vacib məsələdir. Bunun üçün isə hər zaman apteklərdən alınan bioəlavə və vitaminlərə üz tutmaq lazım deyil. Lazım olan maddələri asanlıqla adi ərzaq məhsullarından əldə edə bilərik. Məsələn, narın tərkibi bir çox faydalı madələrlə zəngindir.
 
Aztibb.az xəbər verir ki, narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Nar ürək-damar sistemini möhkəmləndirir, mədəaltı vəzin fəaliyyətini və qanın tərkibini yaxşılaşdırır, eyni zamanda hemoqlabini artırmağa kömək edir. Nar meyvəsi bakteriya və iltihab əleyhinə təsir göstərir, vərəm xəstəliyinin profilaktikasında effektivdir.
 
Bundan başqa, nar immuniteti gücləndirir və orqanizmi virus və soyuqdəymə xəstəliklərindən qoruyur. Öskürək zamanı şirin nar yeyilməsi öskürəyi kəsir, ağciyərləri təmizləyir. Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir edir, mədə və qida borusundan qaynaqlanan ağız qoxusunun qarşısını alır.
 
Nar meyvəsi qan təzyiqini aşağı salır, bu səbəbdən hipertoniyada çox vacibdir. Eyni zamanda, orqanizmdən radioatkiv maddələri ifraz edir, qaraciyəri sağlamlaşdırır. Narın dənələri və qabığı da müalicəvidir.

 

Təbii ki, narın faydaları ilə yanaşı ziyanı da var. Nar şirəsi xroniki mədə xəstəliyi olanlara məsləhət görülmür. 1 yaşına qədər uşaqlara da nar şirəsi vermək olmaz. 4-7 yaş arası uşaqlara verilən nar şirəsinə su qatmaq lazımdır. Həmçinin qastrit, enterit və mədə xorasından əziyyət çəkənlərə nar çəyirdəyi udmaq olmaz.

 
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza