Bronxial astma iqlim dəyişikliyi, ekoloji vəziyyətdən asılı olaraq da yarana bilər - Həkim-terapevt
15.12.2022 10:36

Bronxial astma tənəffüs yollarının xroniki iltihabı xəstəliyi olub, bronxların hiperaktivliyi ilə müşahidə edilən xəstəlikdir. Bu xəstəlikdə ağciyər yox, əsasən bronxlar zədələnir.

Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskayanın sözlərinə görə, bu mövsümdə havaların soyuması bronxları daha da qıcıqlandırır:

“Bronxların qıcıqlanmasına həmçinin tozlar, heyvan tükü, yunu, havada olan bitkilərin tozcuqları da səbəb olur. İltihab əleyhinə istifadə edilən aspirin dərmanı qıcıqlandırıcı təsirə malik olduğu üçün istifadə zamanı da bronxial astma xəstələrinə əks təsir göstərə bilər”.

K. Bənənyarskaya bronxial astma xəstəliyinin sadəcə irsi yolla deyil, həm də iqlim dəyişikliyi, ekoloji vəziyyətdən aslı olaraq yarana bildiyini deyir. İlkin əlamətləri isə boğulmalar, tənginəfəslik, döş qəfəsinin sıxıntılarıdır. Mütəxəssis boğulma tutmalarının başladığı zaman xəstənin məcburi hal ala biləcəyini istisna etmir:

“Boğulma tutmaları adətən gecə və ya səhərə yaxın baş verir. Boğulma tutmaları kəskinləşən zaman xəstə məcburi vəziyyət alır. Əllər dirsək nahiyəsində bükülür, stola və ya kürsüyə dirənərək çoxlu nəfəs almağa çalışır. Xəstə bununla ciyərlərin oksigenə olan tələbatını ödəməyə çalışır”.

Bronxial astma xəstəliyini müalicəsi individual formada aparılır. Belə ki, xəstəliyin hansı dərəcədə olduğu müəyyən edildikdən sonra müalicəyə başlanılır. Əsasən xəstəliyə səbəb olan faktorlar kənarlaşdırılır, mühit qıcıqlandırıcılardan təmizlənir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub