Beynəlxalq səviyyəli ekspert həkim-rezidentlərə mühazirə oxuyub
15.12.2022 09:03

Dekabrın 13-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) əməkdaşları Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim-rezidentlərlə görüş keçiriblər.

 

Klinikadan Aztibb.az- verilən məlumata görə, görüş zamanı ADBTİA-nın tədrisi ingilis dilində aparılan həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri, Böyük Britaniyanın UCL universitetinin professoru, UCL-in İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (İnstitute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibb Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti, professor Maykl Pol Luzmor həkim-rezidentlərə “İdmanda beyin zədələnmələri” mövzusunda seminar keçib.

 

Seminarı açan klinikanın rezidentlərə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti t.ü.f.d. Namiq Xəlilov bu görüşün əhəmiyyətindən və professor Maykl Pol Luzmorun apardığı işlərin aktuallığından söhbət açıb. Bildirib ki, son illər universitetdə həkim-rezidentlər üçün bu cür seminarların keçirilməsi artıq bir ənənə şəklini alıb. Belə tədbirlərin baş tutmasına ATU və TCK rəhbərliyinin dəstək verdiyini deyən N.Xəlilov buna görə minnətdarlıq edib.

 

TCK-nın baş həkimi, ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian qonaqları və tədbir iştirakçılarını salamlayaraq, ATU ilə ADBTİA arasında olan faydalı əməkdaşlıq əlaqələrindən danışıb, hər iki ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Daha sonra ADBTİA-nın Magistratura şöbəsinin müdiri Nərgiz Kosayeva “İdman tibbi və reabilitasiya” magistr proqramı haqqında ətraflı məlumat verib və proqramın rəhbəri M.P.Luzmoru iştirakçılara təqdim edib. Professor Maykl Pol Luzmor müasir tibb elminin idman sahəsinə inteqrasiyası, tətbiqi və istifadəsi, eləcə də bu proqramın üstünlükləri, həmçinin xarici mütəxəssislərin bu istiqamətdə tədris prosesinə cəlb edilməsi və digər məsələlər barəsində geniş çıxış edib.

 

Professor bildirib ki, həkim-rezidentlər üçün “İdmanda beyin zədələnmələri” mövzusunda oxuduğu mühazirəsi Böyük Britaniyanın London İmperial Kollecinin Laboratoriyası ilə birgə əməkdaşlıq edərək aparmış olduğu elmi tədqiqatlara əsaslanır. Məruzədə, əsasən idmançıların yarış zamanı aldıqları ağır beyin zədələnmələrinin vaxtında aradan qaldırılması və mütəxəssislərin tibbi reabilitasiya üsullarından düzgün istifadə etməsi qaydalarından bəhs olunur.

 

Diskussiya şəklində keçən seminarın aktivliyindən razı qalan professor M.P.Luzmor tədbirin sonunda iştirakçıların məruzəyə dair suallarını da cavablandırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza