Tədris Cərrahiyyə Klinikasında elmi seminar keçirilib
14.12.2022 14:00

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) elmi seminar keçirilib.

 

Aztibb.az Klinikaya istinadla xəbər verir ki, seminarda TCK-nın Mama-ginekologiya və laboratoriya şöbələrinin, Klinik Tibbi Mərkəzin, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim və həkim-rezidentləri iştirak ediblər.

 

Seminarı klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov açaraq, tədbirin TCK-nın klinik-mikrobiologiya mütəxəssisi, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktorantı Leyla Həşimovanın “Cinsi yolla yoluxan infeksiyaların diaqnostikasında təməl prinsiplər” mövzusuna həsr olunduğunu bildirib.

 

L.Həşimova çıxışında ÜST-nin məlumatına görə, hər gün 1 milyondan çox insanın cinsi yolla yoluxan infeksiyalardan birinə yoluxduğunu qeyd edərək diaqnostikasının vaxtında və doğru olmasının vacibliyindən danışıb. Həkim genital sistemin normal florasını bilməyin önəmini vurğulayaraq onun yaşa, Ph səviyyəsinə və hormon səviyyəsinə uyğun olaraq dəyişdiyini diqqətə çatdırıb. 

 

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır