Tibb dünyasında İNQİLAB: Döş xərçənginin müalicəsi üçün yeni dərman hazırlanıb
14.12.2022 16:06

Britaniya alimləri döş xərçəngi şişlərini kiçildən "Capivasertib" adlı yeni dərman hazırlayıblar.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, mütəxəssislər hər il milyonlarla insanın həyatını xilas edə biləcək bu dərmanın döş xərçənginin müalicəsində dönüş nöqtəsi olduğunu deyiblər. Tədqiqatçılar dərmanın xərçəngə səbəb olan protein molekulu AKT-nin fəaliyyətini blokladığını vurğulayıblar. 

 

İngiltərənin paytaxtı Londondakı Xərçəng Araşdırma İnstitutunda (ICR) araşdırmalardan sonra "Capivasertib" dərmanı "AstraZeneca" şirkəti tərəfindən istehsal edilib. Bu zaman ABŞ-ın San Antonio Döş Xərçəngi Simpoziumunda dərmanın üçüncü mərhələ klinik sınaqlarının uğurlu nəticələri də əsas götürülüb. 

 

"Capivasertib"-nin şişləri kiçildə biləcəyi və döş xərçəngini əvvəlki dərmanlardan iki dəfə daha uzun müddətə dayandıra biləcəyi qeyd edilib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 2020-ci ildə dünyada təxminən 2,5 milyon qadına döş xərçəngi diaqnozu qoyulub. Eyni zamanda, xəstəlik həmin il təxminən 687 min insanın ölümünə səbəb olub.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır