Öskürək ürək problemləri, ürək tutması, hətta infarkt öncəsi vəziyyətin əlaməti də ola bilər - Uzman həkim
13.12.2022 19:50

Öskürək hər zaman soyuqdəymə, tənəffüs sistemi xəstəlikləri və ya allergiyanın simptomu olmaya bilər. Öskürək ürək problemləri, ürək tutması və hətta infarkt öncəsi vəziyyətin əlaməti də ola bilər.

 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 

Onun sözlərinə görə, ürək ağciyəri qan və oksigenlə düzgün təmin edə bilmədiyi hallarda ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, təngnəfəslik və quru öskürək baş verir.

 

Həkim öskürəyin ürəklə əlaqəli olduğunu ayırd etməyin yollarını da açıqlayıb.


Bildirib ki, əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn, uzanıqlı vəziyyətdə. Daha sonra öskürək intensivləşərək və quru olur.

 

"Ağır ürək çatışmazlığında isə öskürək zamanı qan gələ bilər. Öskürək təkcə bəlli yaşlarda deyil, uşaqlarda da ola bilər. Daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda rast gəlinir.

Ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir. Xəstə dərindan nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir. Bundan başqa, horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.


İnfarktdan bir həftə və ya bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrəmə hiss olunur", - deyə Cabir Gülmalıyev bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza