Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən orta məktəblərdə maarifləndirici tədbirlər keçirilir
13.12.2022 11:42

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti tərəfindən rayon məktəblərində mütəmadi olaraq uşaqların icbari dispanserizasiyası, narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlər həyata keçirilir.

 

Rayon Xəstəxanasından Aztibb.az-a verilən məlumata görə, ötən həftə Şıxəli Qurbanov adına 3 saylı tam orta məktəbdə şagirdlərin icbari dispanserizasiyası həyata keçirilib və şagirdlər onları narahat edən məsələləri həkimlərlə bölüşüblər.

 

Bundan əlavə, məktəbin akt zalında narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir təşkil olunub.

 

Tədbirin keçirilməsində əsas məqsəd, şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları, cəmiyyətdə yaratdığı sosial bəlalar barədə məlumatlandırmaq, insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

 

Maarifləndirici tədbirlərdə gənclərə zərərli vərdişlərdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyyələr verilir. Həmçinin narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır