Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir
12.12.2022 19:27

Milli Hematologiya və Transfuziologiya Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, əvvəlcə Ulu Öndərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açaraq, ömrünü xalqına həsr etmiş, milləti, dövləti üçün misilsiz xidmətlər göstərmiş dahi liderin elm, təhsil və səhiyyə sahələrində qətiyyətli islahatlarından danışıb.

 

Daha sonra Mərkəzin Laboratoriya şöbəsinin müdiri Əfsanə Məmmədova və həkim revmatoloq Şəhla Hadıyeva çıxış edərək Ulu Öndərin şərəfli ömür yolundan, həyat və siyasi fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, məhz Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasət nəticəsində  44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bötövlüyü bərpa edildi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır