Elmi Cərrahiyyə Mərkəzində daha bir UĞURLU ƏMƏLİYYAT həyata keçirilib
11.12.2022 17:36

Bir il əvvəl Elmi Cərrahiyyə Mərkəzinə müraciət edən xəstəyə mədənin pilorik hissəsini və 12 barmaq bağırsağın soğanağını əhatə edən, mədənin dekompensator stenozuna səbəb olan törəməni çıxarmaq mümkün olmadığından qastro-entero anastamoz və Braun tipli anastomoz qoyulmuşdu. Böyük piylik çıxarılmış, üzərində olan limfa düyünlərində metastatik adenokarsinoma təsdiq olunmuşdu. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, ödkisəsi və mədəaltı vəzi xəstəliklərinin cərrahlığı şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru, professor Zərraf Şirinov məlumat verib.

 

Həkim bildirib ki, bir il müddətində xəstəyə 12 dəfə kimyaterapiya seansı aparılmışdır. Daha sonra aparılan KT müayinəsində törəmənin 7,0 sm ölçüdən kiçilərək 4,0 sm olduğu müşahidə olunmuşdur: "Ətraf toxumalarda və parenximatoz orqanlarda Mts. olmaması bizdə törəmənin operabel olacağına ümid yaratdı. Əməliyyat uğurlu oldu, qastroentero anastomoz ləğv olunmaqla subtotal distal qastrektomiya və limfodisseksiya icra etmək mümkün oldu".

 

Zərraf Şirinov qeyd edib ki, xəstə kafi vəziyyətdə evə yola salınıb. Həyatından və işindən məmnundur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza