Tibb və sağlamlıq elmləri kafedrasında seminarlara start verilib
11.12.2022 16:51

ATU-da yeni yaradılan Tibb və sağlamlıq elmləri kafedrasının əsas fəaliyyət istiqamətlərindən biri tələbələrlə işdirsə, digəri də pedaqoji heyətlə bağlıdır.

 

Aztibb.az xəbər verir ki, kafedra müdiri Samir Cavadovun sözlərinə görə, pedaqoji peşəkarlığın artırılması əsas amillərdəndir: “Bu istiqamətdə işlərimizə başlamışıq. Müəllimlərimiz tərəfindən mövzular seçilir və bu mövzular üzrə seminarlar keçirilir. Universitet rəhbərliyi ilə görüşdə tövsiyə olundu ki, bu seminarlara kafedra əməkdaşları ilə yanaşı, internet vasitəsilə digər müəllimlərin də qoşulması təmin edilsin. Nəticədə, əhatə dairəsini genişləndirmiş oluruq. Artıq iki seminar keçirmişik”.

 

S.Cavadov bildirib ki, ATU-da bu kafedra yaradılarkən Türkiyə universitetlərindən dəstək göstərilib. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə görüşdən sonra onların dəstəyi ilə 9 Eylül, Hacettepe, 19 Mayıs və Ege universitetlərindən gələn müəllimlər təlimlər keçiblər. Kafedrada bu istiqamətdə işlər davam etdirilir.

 

Xatırladaq ki, sonuncu seminar kafedranın assistenti Aydan Qədimlinin təqdimatında “Öyrənmə nəzəriyyələri: paradiqmalar və istiqamətlər” mövzusuna həsr olunub.

 

Məlumat üçün qeyd edək ki, seminarlar 2 həftədən bir olmaqla, cümə günləri saat 14:30-da baş tutur.  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza