Stomatoloji müayinə və müalicə AKSİYASI keçirilib
11.12.2022 09:42

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyinin dəstəyilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlər üçün stomatoloji müayinə və müalicə aksiyası keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, Mərkəzin həkim stomatoloqu Abbas Abdullayev qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlərin ağız boşluğunu müayinə edərək ehtiyac olduqda müalicə təyin edib. Müayinə və müalicə peşəkar həkim tərəfindən uğurla aparılıb.

 

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin stomatoloji kabinetini müasir tibbi avadanlıqlarla, mebel və müalicə üçün lazımi plombalarla tam təchizatlandırıb.

 

Bununla da gələcəkdə hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlar üçün stomatoloji müalicə və müayinələr sistematik olması nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza