ATU əməkdaşının layihəsi beynəlxalq təşkilatın qrantına layiq görülüb
11.12.2022 09:43

Azərbaycan Tibb Universitetinin (ATU) II Uşaq xəstəlikləri kafedrasının dosenti Püstə Orucovanın müəllifi olduğu layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA/YBƏA) qrantına layiq görülüb.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, P.Orucovanın “Yenidoğulmuşlarda müxtəlif hemodinamik parametrlərin davamlı ölçülməsi üçün portativ qeyri-invaziv kardiometrin alınması” layihəsi YBƏA Azərbaycan Məzunları Assosiasiyasının fəaliyyəti çərçivəsində 2022-ci il üçün “Kiçik qrant layihələri” proqramı üzrə qalib gəlib.

 

Qeyd edək ki, bu cihazın yaradılmasında əsas məqsəd Neonatal intensiv terapiya şöbəsində müalicə alan vaxtında və vaxtından əvvəl doğulanlarda kardiak funksiyalara davamlı nəzarətdir. Exokardioqrafiya üsulu ilə də kardiak funksiyalara nəzarət etmək mümkündür. Lakin ağır vəziyyətdə respirator terapiya alan körpələrdə tez-tez baş verən kardiak pozulmaların davamlı monitorinqi exokardioqrafiya üsulu ilə daha çətindir. Ürəyin vurğu həcmində baş verən dəyişikliklər beyin-qan dövranının pozulmasına, işemik sahələrin yaranmasına, baş beyin toxumasına və ya mədəcik daxilinə qansızmaların baş verməsinə səbəb olur.

 

Ölkəmizdə 2015-ci ildən yeni diridoğulma meyarlarına keçilməklə əlaqədar, 22 həftədən yuxarı hestasiya yaşında doğulan körpələrin də müayinə və müalicəsi aparılmaqdadır. Bu körpələrdə isə yetməməzlik nəticəsində hemodinamika pozulmaları və baş beyin zədələnmələri qeyd edilməkdədir. Nəticədə bu körpələrin gələcək sinir-psixi sağlamlığı böyük təhlükə qarşısında qalır. Bu baxımdan, baş beyin zədələnmələrinin vaxtında qarşısının alınması neonatologiyanın, pediatriyanın, ümumilikdə tibbin aktual problemidir. İstənilən kiçik bir müdaxilə vaxtından əvvəl doğulan körpənin zədələnmə riskini azalda bilər. Ona görə də neonatal praktikada ürəyin çıxış həcminin monitorinqi vacib amilə çevrilir.

 

Bu monitor cihazının dörd sensor qəbuledicisi bədənin sol tərəfində yerləşdirilir. Cihaz ürəyin vurğu həcmini və bir sıra hemodinamik göstəriciləri ölçə bilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır