Nobel Sülh Mükafatı laureatlarına təqdim edilib
10.12.2022 21:43

Bu gün Osloda 2022-ci il Nobel Sülh Mükafatı təqdim edilib.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, Norveç kral ailəsinin və hökumət üzvlərinin iştirak etdiyi mərasim ənənəvi olaraq Oslo meriyasının binasında keçirilib.

 

Mərasimdə 2022-ci il üzrə mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiyə və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.

 

Laureatlar ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə mükafatlandırılıblar.

 

Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen deyib ki, çoxsaylı böhran və çağırışlar qarşısında dünyanın fədakar elm adamlarına və insanlara ehtiyacı var.

 

Qeyd edək ki, bu il Fiziologiya və tibb üzrə Nobel mükafatına İsveç alimi Svante Pyebo layiq görülüb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza