Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
10.12.2022 15:49

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

 

Aztibb.az-a İnstitutdan bildirilib ki, iclasda müəssisənin direktoru t.ü.f.d. Pərvin Əkbərov, direktorun elmi işlər üzrə müavini prof. Sədaqət Hüseynova, elmi katib t.ü.f.d Sevinc Rzayeva, elmi şuranın üzvləri, elmi işçilər və həkim əməkdaşlar iştirak ediblər.

 

Pərvin Əkbərov tədbirdə iclasın gündəliyinə uyğun olaraq dissertasiya işlərinin əsas müddəalarının müzakirə olunacağını bildirib.

İlk olaraq, Klinik- Neyrofiziologiya laboratoriyasının böyük elmi işçisi Mərziyyə Məmmədovanın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq uçun təqdim etdiyi "Transkranial və çoxsəviyyəli maqnit stimuliyasiyasının insultdan sonrakı xəstələrin müalicə bə bərpasında tətbiqi" mövzusunda dissertasiya işi dinlənilib və təkrar müzakirəsi edilib.

 

İnstitutun Terapiya bölməsinin elmi rəhbəri t.ü.f.d. Malik Bəylərovun tərtib etdiyi "Bilgəh sanatoriyasına xəstələrin qəbulu üzrə göstəriş və əksgöstərişlər" adlı metodik vəsaitin müzakirəsi aparılıb və təsdiq edilib.

 

Daha sonra resenzentlərin çıxışları dinlənilib, səsvermə keçirilib.

 

İclasın ll hissəsində İstanbul Atlas Universitetinin magistrları Rüfət Cabbarlı, Nazir Rzalı, Əziz Dəvrişovun elmi işləri dinlənilib və ETTBİ-nin Etik Komissiyasına təqdim edilib.

 

Sonda rəhbərlik institutun elmi işçilərinin tədqiqatlarında yeni nailiyyətlərə imza atacağına inandığını və bunun üçün hər sahədə onlara dəstək olacağını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama