Artıq çəki ürək və damar sağlamlığı riskini artıran amildir - Cabir Gülmalıyev
10.12.2022 10:02

Artıq çəkili insanların ürək yükü normal çəkili insanlara görə daha çoxdur. Bu səbəblə artıq çəki ürək və damar sağlamlığı riskini artıran amildir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 

Onun sözlərinə görə, artıq çəkili olmaq arteriyalarda yağ yığılmasına səbəb ola bilər. Ürəyə qan daşıyan arteriyalar zərər görər və tıxanarsa, bu vəziyyət infarkta səbəb ola bilər.

 

Həkim bildirib ki, artıq çəki ürəyin işemik xəstəliyinə, stenokardiyaya səbəb ola bilər. Çəkisi artıq olanlar təngnəfəslikdən əziyyət çəkdikləri üçün, bu, son nəticədə ağciyər və ürək çatmazlığına səbəb olur. Həmçinin artıq çəkili insanlarda aterosklerozun inkişaf etmə riski yüksək olur.

 

"Piylənmə pis xolesterin və triqliserid səviyyələrində sıçrayışlara səbəb ola, HDL xolesterini aşağı sala bilər. Nəticədə ürək xəstəliyi riski artar.

 

Artıq çəkili insanlar bədənlərini oksigen və qida maddələri ilə təmin etmək üçün daha çox qana ehtiyac duyurlar, nəticədə qan təzyiqi yüksəlir. Yüksək qan təzyiqi də infarktın ümumi səbəbidir", - deyə Cabir Gülmalıyev qeyd edib.

 

Uzman həkim əlavə edib ki, xüsusilə fast-food qidalardan uzaq durmaq, gündəlik rasiondakı heyvani qidaları azaltmaq və həyat tərzinizi dəyişdirib daha aktiv olmaq piylənməyə bağlı riskləri azalda bilər. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza