Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları şəhid ailələrinə baş çəkiblər
09.12.2022 16:41

Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Əliyev Qabil Cəmil oğlu və Məmmədov Mehdi Elçin oğlunun ailəsinə baş çəkiblər.

 

Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, əməkdaşlar onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.

 

Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib. Şəhidlərimiz Qabil və Mehdinin qəhrəmanlıqla dolu döyüş yolları xatırlanıb, göstərdikləri igidlikdən bəhs olunub.

 

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda direktor olmaqla xəstəxana əməkdaşlarına minnətdarlığını bildiriblər.

 

Xatırladaq ki, Mehdi Məmmədov 4 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qabil Əliyev isə 22 aprel 1994-cü ildə Ağdamın Güllücə və Şotlanlı kəndləri uğrundə gedən döyüşlər zamanı şəhid olmuşdur.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır