Miokardit necə müalicə olunur?
09.12.2022 13:51

Miokardit - xalq arasında "ürək əzələsi" olaraq bilinən miokardın infeksion-allergik və ya toksiki-allergik iltihabi xəstəliyidir. Bu vəziyyət əksərən simptomsuzdur, lakin bəzi hallarda ürək çatışmazlığına və ya ölümə səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.
 
Uzman həkim bildirib ki, virus infeksiyalarına qarşı peyvənd olunmayan, narkotik vasitələrdən istifadə edən, qorunmayan cinsi əlaqədə olan, şəxsi gigiyena qaydalarına əməl etməyən insanlar miokardit riski qrupundadırlar.

 

Onun sözlərinə görə, müalicədə fiziki aktivlik məhdudlaşdırılır, dezintoksikasiya edici dərman maddələrindən istifadə edilir. Ehtiyac olarsa, antihistamin dərman maddələrinin qəbulu da məsləhət görülür.

 

"Ürək çatışmazlığı inkişaf edən zaman müalicəyə ürək çatışmazlığının kompleks müalicəsi daxil edilir.

 

Miokardit vaxtında müalicə olunmadıqda — kardiosklerozun, ürək çatışmazlığının, qazanılmış ürək qüsurunun inkişafına səbəb olur ki, buda cərrahi müdaxiləni qaçınılmaz edə bilər", - deyə Cabir Gülmalıyev bildirib.

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama